Heyvanlar insanlara sədaqətli dostdurlar
İlk çağlarda insanlar heyvanlar qorxurdular. Heyvanlardan qorunmaq üçün evlərini dağların yamaclarında, qayalıqlarda qururdular.
Biz insanların başlıca yeməyi ət, süd, yumurta və yağ heyvanlardan təmin edilir. Geyindiyimiz şeylərin də bir hissəsi heyvanların dərisi, yun və quş tüklərindən hazırlanır. İnsan sağlamlığı üçün lazım olan peyvənd və serum da heyvanlardan
alınır.
Əvvəllər heyvanları yalnız qida və səfər vasitəsi olaraq istifadə edən insanların zamanla dünyagörüşləri dəyişdi, onlara şəfqət göstərməyə, təlim verməyə, ram etməyə və onlarla dostluq qurmağa başladılar.
İnsanlar ilk dövrlər pişik, it, at, qoyun, inək və keçi kimi heyvanları əhliləşdirib ev heyvanı ediblər. Ev heyvanları insanların köməkçisi olub. Evin pişiyi evdəki zərərli böcəkləri və siçanları tutur. İt evi və digər heyvanları qoruyur, bizə gözətçilik edir. Toyuğun yumurta və ətindən, xoruzun səsindən, tükündən və ətindən faydalanırıq. At, eşşək və qatır kimi heyvanlar yükləri daşımaqda istifadə edilir. İnək və qoyun insanlara süd və ət verir. Öküz tarlanı şumlayır. Qəfəsdəki bülbülü dinləyirik. Akvaryumdaki balıqların seyri isə bizi sakitləşdirir. Yəni ətrafımızdakı heyvanlardan birbaşa və ya bilvasitə istifadə edirik. İnsanlar çəkdikləri şəkillərdə belə onları əks etdirməyə başladı.
Qurulan bu isti münasibət insanları heyvanların qoruma mövzusuna sövq etdi. İnsanlar arasında heyvansevərlər çoxalmağa başladı. Bu insanların məqsədləri heyvanlara daha yaxşı davranmağı təmin etmək, onları qorumaq və mehriban olmaqdır. Bu düşüncəyə sahib heyvan sevənlər ilk dəfə İngiltərədə 1822-ci ildə bir araya gəldilər və Heyvanları Qoruma Birliyini qurdular. Bu hərəkət daha sonra bütün dünyaya yayılmağa başladı.
Türkiyədə Heyvanları Qoruma Dərnəyi 1908-ci ildə yarandı. Təşkilat qurulduqdan sonra mövzunun əhəmiyyəti getdikcə böyüdü.
İllər sonra eyni məqsədli dərnəklər birləşərək Hollandiyanın Lahey şəhərində Dünya Heyvanları Qoruma Federasiyası yaratdılar. 1931-ci ildən bu yana bu təşkilat 4 oktyabrı Heyvanları Qoruma Günü olaraq qeyd edir.
Bütün bunlar işin rəsmi tərəfidir. Əsas odur ki, heyvanlar da duyğu və hərəkət qabiliyyəti olan canlılardır. Onlar sahiblərinə bağlı olur, həm özünü sevdirir, həm də insanı sevirlər. Bu da heyvan sevgisinin artmasına yardım olur.
Bir çox kitab və filmlərdə sahibləri üçün canını verən heyvan hekayələri oxuyur və izləyirik.
Heyvanları sevən insanlar heyvan xəstəliklərini də aradan qaldırmaq üçün çalışırlar. Bu gün mədəni ölkələrdə heyvan xəstəxanaları – baytarlar mövcuddur. Onlar heyvan xəstəliklərinə qarşı tədbir görür, qarşısını almaq üçün heyvanları peyvənd edirlər.
Heyvanları qoruyaq, sevək. Onlara əziyyət etməyək, bu, həm də günahdır. Heyvanlara kömək edək. Yəni çətin vəziyyətdə qalmış heyvanları qoruyaq. Baxımını üzərimizə götürdüyümüz heyvanların yeməklərini, içməyini nizamlı verək. Peyvəndlərini vaxtında edək.
Artıq insanlar, sözün əsil mənasında insanlar, illərdir heyvanlara qarşı edilən haqsızlıqları anlayaraq onları qorumaq istəyir.
Heyvanları Qoruma Günündə bir daha bunları xatırlatdıq. Şübhəsiz ki, əqrəb, ilan kimi zərərli və digər vəhşi heyvanlar da vardır ki, onlardan da insan özünü qorumalıdı.
Heyvanlara aid bir neçə misalı da bu gün xatırlamaq yerinə düşərdi:
· Qarışqadan ibrət al, yaydan qışa hazırlan.



Комментарии
Отправить комментарий