Dostluq nədir?

Dostluq həyatın ən gözəl anlamıdır.O qədər dəyərli bir münasibətdir ki…Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır.Dostlarınla gözəl münasibət qur.Dostluğun ən əsas şərtlərindən biri də vəfalı olmaqdır. Nə baş verirsə versin, dost dosta qarşı hər zaman vəfalı yanaşmalıdır. Dostumuz daim bizimlə görüşməli və ya bizi ziyarət etməlidir. Görüşlər və ziyarətlər isə heç bir dünya mənfəəti naminə həyata keçirilməməlidir. Bir müddət xəbər almadıqda narahat olmalı və bizi axtarıb tapmalıdır. Biz səfərdə olsaq, ailəmizlə əlaqədə olmalı və qayğısına qalmalıdır.Dost dostla heç bir zaman istehza etməməlidir, ona qarşı sərt davranmamalı, təvazökar olmalı, təkəbbürlükdən uzaq olmalıdır. Mübahisəli halları uzatmamalı, mübahisəli məsələləri ortaya atmamalı, hətta dostu haqqına heç bir zaman pis zənn etməməlidir.Dost dostun sirrini ölənə kimi gizlətməlidir. Ona bir şeyi vəd edibsə, bunu heç bir zaman unutmamalıdır, yaxud xilaf çıxmamalıdır. Dost dostundan azca da olsa yaxşılıq görübsə, bunu küçümsəmək deyil, əksinə minnətdarlıq bildirməlidir. Dost dostun düşməniylə sıx əlaqəyə girməməlidir. Dost dostun həmişə yaxşılığını istəməli, onu həvəsləndirməli və irəli getməyinə dəstək olmalıdır.İnsan  üçün ən müqəddəs hisslərdən biri də dostluqdur. Dostluq yer üzünün bütün insanları üçün sevinc dolu həyatdır, ən ülvi və saf mənəvi sərvətdir. İnsanı şadlandıran, onda gələcəyə böyük ümid doğuran, onu şərəflə ucaldan dostluq hissidir. Dostluq insanların könül sərvəti, qəlb nemətidir. Dostluq insanları bir-birinə yaxınlaşdıran qızıl körpüdür, qırılmaz əlaqədir.Əsl dost hər insana lazımdır .Əsl dostu  özümüz qazanmalıyıq . Əsl  dost cətinə düşəndə sənə arxa olur ,hər işdə kömək edir - Qardaş dost olmaya bilər,amma dost həmişə qardaş olmalıdır   - Mənfəət xatirinə qurulan dostluğa "alver" deyilir .

- Müharibə igidi,qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir (Atalar sözü)- Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun.
- Dostlar müxtəlif bədəndə bir ruhdurlar.- Dostluq iki ruhun evlənməsidir,bu izdivacda boşanma,yaxud ayrılığı dilə gətirmək belə günahdır .- Dost rahatlıq verən bir məlhəmdir - Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə dostlarımızın kim olduğunu göstərməsidir.- Evin qiyməti ora gələn dostlardan bilinər .
- Cahil və nadan dostdan ağıllı düşmən yaxşıdır.- Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz.- Dostu olmayan bu dünyada qəribdir.- İnsanlarla elə davran ki,dostların sənə düşmən olmasın,əksinə,düşmənlərin səninlə dost olsun.- Mənə hər şeydə mənimlə razılaşan,mən başımı əyəndə başını əyən dost lazım deyil.Ona qalsa kölgəm də dostumdur. 

Комментарии

Популярные сообщения из этого блога

Heyvanlar insanlara sədaqətli dostdurlar

Dost seçərkən nələrə diqqət etməliyik