Dost seçərkən nələrə diqqət etməliyik

Dost olacaq, seviləcək, hörmət bəslənəcək insanda axtarılan bir çox əsas xüsusiyyətlər vardır. Fədakarlıq, həssaslıq, incə düşüncə tərzi, mərhəmət, ağıl, diqqət, dürüstlük, vəfa və ya sədaqət kimi... Bu xüsusiyyətlərin hər birinin qarşı tərəfdə yaratdığı fərqli- fərqli təsirləri vardır. Əlbəttə ki, hər bit insan dost olacağı şəxsin bu gözəl xüsusiyyətlərin hər birinə mükəmməl şəkildə sahib olmasını istəyir. Ancaq bəzən də bu xüsusiyyətlərin hər hansı birinin əksikliyinə də o qədər əhəmiyyət verilməyə bilər.Ancaq əsas olan bəzi xüsusiyyətlər də vardır ki, dost olacaq insanda mütləq olması lazımlı, heç vaxt imtina edilməyəcək və çatışmazlığı göz ardı edilməyəcək dərəcədə vacibdir. Bir insan, demək olar ki, bütün sahələrdə mükəmməl xüsusiyyətlərə sahib olsa da, vacib bir xüsusiyyətin əksik olması, o insanla “dərin dostluq bağlarının qurulmasına” ciddi əngəl törədə bilər. Bu vacib xüsusiyyətlərdən biri də, “inam”dır. Bir insanın başqası ilə “dost olması”; “bütün həyatını, qüsur və əksiklikləri ilə, gözəllikləri ilə, nemətləri ilə və bütün açıqlığı ilə, dürüstcə o insana da açması”deməkdir. Həqiqi dostluq, “heç bir sirr saxlamadan, tədbir alma və ya gizlətmək məcburiyyəti hiss etmədən, içdəki ən dərin duyğulara qədər, heç yerdə əngəl qoymadan, həmin şəxsi sirdaş” etməkdir. Dolayısı ilə dost olacaq insanın qarşı tərəfi o şəkildə inandırmalıdır ki, qarşı tərəfin ağlıdan heç vaxt, “Belə edərsəm nə deyər?”, “Bu fikrimi necə qarşılayar?”, “Məni səhv başa düşərmi?”, “Yanlışlarımı öyrəndikdən sonra mənə olan sevgisi, hörməti azalarmı?” kimi sualların meydana gəlməməlidir.Ancaq əgər iki insan dostluqlarını imana əsaslanan inam üzərində qurmuşlarsa, belə vəziyyətlə əsla qarşılaşmazlar. İnama əsaslanan həqiqi dostluq, dünya həyatında insanlara bəxş edilən ən böyük nemətlərdən biridir. İnsanın sanki özü ilə qarşılaşarcasına, bir başqasının yanında da eyni rahatlığı, eyni inamı yaşaması çox böyük nemətdir.Belə ki, dünya həyatında “səmimi dostluqlar qurmaq”, “həqiqi dostluğun gözəlliyini yaşamaq” istəyən hər insan, bu haqda dərindən düşünməli, əxlaqını bu istiqamətdə bir daha gözdən keçirməlidir. “İnam axtarışı”nın əsas ehtiyac olduğu və bir insanın başqasında, imandan sonra axtaracağı xüsusiyyətlərdən birinin olduğu əsla unudulmamalıdır. Problemi başqa yerdə axtarmaqdansa, əsil ehtiyacın “inam” olduğunu nəzərə almalıdır.
Belə nətiçəyə gəldik ki dost insana dar gündə lazımdır.Calışun dostluqda möhkəm olun dostluq əbədidir müqqedesdir.

 

Комментарии

Популярные сообщения из этого блога

Dostluq nədir?

Heyvanlar insanlara sədaqətli dostdurlar