Dost seçərkən nələrə diqqət etməliyik
Dost olacaq, seviləcək, hörmət bəslənəcək insanda axtarılan bir çox əsas xüsusiyyətlər vardır. Fədakarlıq, həssaslıq, incə düşüncə tərzi, mərhəmət, ağıl, diqqət, dürüstlük, vəfa və ya sədaqət kimi... Bu xüsusiyyətlərin hər birinin qarşı tərəfdə yaratdığı fərqli- fərqli təsirləri vardır. Əlbəttə ki, hər bit insan dost olacağı şəxsin bu gözəl xüsusiyyətlərin hər birinə mükəmməl şəkildə sahib olmasını istəyir. Ancaq bəzən də bu xüsusiyyətlərin hər hansı birinin əksikliyinə də o qədər əhəmiyyət verilməyə bilər. Ancaq əsas olan bəzi xüsusiyyətlər də vardır ki, dost olacaq insanda mütləq olması lazımlı, heç vaxt imtina edilməyəcək və çatışmazlığı göz ardı edilməyəcək dərəcədə vacibdir. Bir insan, demək olar ki, bütün sahələrdə mükəmməl xüsusiyyətlərə sahib olsa da, vacib bir xüsusiyyətin əksik olması, o insanla “dərin dostluq bağlarının qurulmasına” ciddi əngəl törədə bilər. Bu vacib xüsusiyyətlərdən biri də, “inam”dır. Bir insanın başqası ilə “dost olması”; “bütün həyatını, qüsur və...